×
A
A
A
Sazlamalar

Bakının 1918-ci ildə işğaldan azad olunması münasibətilə Ankarada möhtəşəm konsert VİDEO

Ankara, 16 sentyabr, AZƏRTAC

Bakının 1918-ci ildə bolşevik-daşnak işğalından azad edilməsinin 101-ci ildönümü münasibətilə Ankara şəhərində təntənəli mərasim keçirilib.
TRT-nin sədri İbrahim Eren çıxışında qeyd edib ki, Bakının azad edilməsinin ildönümlərinin rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə qeyd edilməsi artıq ənənəyə çevrilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə TRT-nin Azərbaycanın istiqlal şairi Əhməd Cavada həsr etdiyi filmin təqdimatı olub.
Daha sonra gecə, Azərbaycandan gələn incəsənət ustaları, eləcə də Türkiyədə yaşayıb-yaradan musiqiçilərimiz, həmçinin qardaş ölkənin nüfuzlu orkestrlərinin iştirakı ilə keçirilən zəngin konsert proqramı ilə davam edib.
Azərbaycanın korifey bəstəkarlarının əsərləri, eləcə də müasir bəstəkarlarımızın yaratdığı bir-birindən maraqlı əsərlər, tanınmış solistlərimizin mahir ifası tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Gecə Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdı Qara dəniz” əsərinin səslənməsi ilə yekunlaşıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara 

Mədəniyyət 2019-09-16 12:48:00

Video