Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Kukla Teatrı yeni mövsümü açıq elan edib

Bakı, 16 sentyabr, AZƏRTAC

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni mövsümü açıq elan edib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə teatrın tamaşaçıları “Cırtdan”a Azərbaycan dilində baxıblar. Sənət ocağı rusdilli tamaşaçılar üçün isə “Üç cəsur”u təqdim edib. Şair-dramaturq, uşaqların sevimli müəllifi Mirmehdi Seyidzadənin eyniadlı mənzum nağıl-pyesi əsasında hazırlanan “Cırtdan”nın (səhnələşdirəni Rəhman Əlizadə) quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Xalq artisti Oqtay Zülfüqarovdur.
Müxtəlif kukla texnikalarının istifadə olunduğu birhissəli kukla tamaşasında rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Rəhilə İbadova, Araz Həsənli, Elnur Xəlilov, Adil Dəmirov, Aygül Ağayeva, Vüsal Hüseynov və Aslan Fətullayev ifa edib.

 

Teatr və kino 2019-09-16 12:37:00