×
A
A
A
Sazlamalar

Gürcüstan Prezidentinin oğlu Yelisey sarayında işə düzəlib

Bakı, 16 sentyabr, AZƏRTAC 

Gürcüstan Prezidenti Salome Zurabişvilinin oğlu Teymuraz Qorcestani Fransanın Yelisey sarayındakı diplomatiya şöbəsində Asiya, Şimali və Latın Amerikası üzrə müşavir vəzifəsində işləyəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Fransa vətəndaşı olan Teymuraz bu ölkənin Prezident sarayında diplomat kimi fəaliyyət göstərəcək. Qeyd olunur ki, anasının peşəsini davam etdirən Qordcestani son illər Fransanın BMT yanındakı diplomatik nümayəndəliyində işləyib.
Məlumatda bildirilir ki, Teymuraz Gürcüstanın xanım Prezidentinin İran mənşəli gürcü ilə olan ilk nikahından dünyaya gəlib. Salome Zurabişvilinin qızı Ketevan isə anasının uşaqlıq arzusunu yerinə yetirərək Fransada jurnalist peşəsinə yiyələnib.

Dünya 2019-09-16 12:02:00