×
A
A
A
Sazlamalar

Bakıda üçüncü dəfə “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı təşkil ediləcək

Bakı, 16 sentyabr, AZƏRTAC

Bakıda oktyabrın 2-dən 6-dək III “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı (BSFF) keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festivala ümumilikdə 32 ölkədən 181 film qəbul olunub. Filmlərin 43-ü tammetrajlı, 138-i qısametrajlıdır. 138 qısametrajlı filmin isə 22-si yerli istehsaldır.
Festivalın əsas proqramına daxil olan filmlər “Ən yaxşı tammetrajlı sənədli film”, “Ən yaxşı qısametrajlı sənədli film”, “Special Jury Mention” kateqoriyalarında yarışacaqlar.

 

Teatr və kino 2019-09-16 11:39:00