×
A
A
A
Sazlamalar

Beynəlxalq konqresdə “Plastik və Rekonstruktiv Cərrahiyyə” sessiyası keçirilib

Bakı, 16 sentyabr, AZƏRTAC 

Azərbaycan Tibb Universitetində XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresi çərçivəsində “Plastik və Rekonstruktiv Cərrahiyyə” sessiyası keçirilib. Sessiyada yerli və xarici mütəxəssislər iştirak ediblər.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Plastik Cərrahlar İctimai Birliyinin sədri, professor Vaqif Qələndərli universitetin bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin ənənə halını aldığını qeyd edib. O, bildirib ki, dünyanın qabaqcıl mütəxəssislərinin nəzəri və praktiki təcrübələrini bu cür tədbirlərdə paylaşması ölkəmizdə səhiyyənin inkişafının bariz nümunəsidir.
Açılışdan sonra konfrans öz işini davam etdirib. Tədbirdə səhiyyə sahəsi üzrə aktuallıq kəsb edən 25 mövzuya dair məruzələr dinlənilib, müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Səhiyyə 2019-09-16 11:01:00