×
A
A
A
Sazlamalar

Musiqili Teatrın rəhbəri daha bir beynəlxalq tədbirə dəvət alıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Bir çox müxtəlif nüfuzlu beynəlxalq teatr və musiqi festivallarının münsiflər heyətində ölkəmizi təmsil edən tanınmış rejissor, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev daha bir beynəlxalq tədbirə dəvət alıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənət ocağının direktoru sentyabrın 23-dən 28-dək Qırğızıstanın Oş şəhərində keçiriləcək VII Beynəlxalq “ART – ORDO-2019” Teatr Festival çərçivəsində TÜRKSOY-a üzv ölkələrin teatr direktorları şurasının dönəm toplantısına qatılmaq üçün sentyabrın 22-də Qırğızıstana yola düşəcək.
Toplantıda türkdilli dövlətlərin teatrları arasında qarşılıqlı mədəni münasibətlərin, yaradıcılıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılacaq və lazımi qərarlar qəbul olunacaq.

 

Teatr və kino 2019-09-16 09:51:00