×
A
A
A
Sazlamalar

“TOTAL Eren” Özbəkistanda fotoelektrik stansiyasının tikintisinə sərmayə qoyub

Daşkənd, 16 sentyabr, АZƏRTAC

Fransanın “TOTAL Eren” şirkəti Özbəkistanda ümumi gücü 100 MBt olan fotoelektrik stansiyasının tikintisinə 150 milyon avro sərmayə qoyub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı “Özbəkistan Milli Elektrik Şəbəkələri” Səhmdar Cəmiyyəti və “TOTAL Eren” arasında saziş imzalanıb və layihə Səmərqənd vilayətinndə reallaşdırılacaq.
Sazişə əsasən “TOTAL Eren” Özbəkistanda layihələşdirmə, maliyyələşdirmə, digər elektrik stansiyalarının tikintisi və layihələr həyata keçirəcək.
Tikinti işləri 2020-ci ilin birincü rübündə başlayacaq, 2021-ci ilin əvvəlində ilk fotoelektrik stansiyası işə düşəcək.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2019-09-16 08:57:00