Dünya çempionatında son üç yunan-Roma güləşçimizin rəqibi müəyyənləşib
Bakı, 16 sentyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın üçüncü günündə - sentyabrın 16-da yunan-Roma güləşi üzrə son 3 çəkidə - 60, 77 və 130 kiloqramda mübarizəyə start veriləcək.
Sentyabrın 15-də həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib. Belə ki, Taleh Məmmədov (60 kiloqram) bolqarıstanlı İva Serafimov Angelov, Elvin Mürsəliyev (77 kiloqram) Gürcüstan təmsilçisi Gela Bolkvadze, Beka Kandelaki (130 kiloqram) isə belaruslu Pavel Rudaku ilə qarşılaşacaq.
Çempionatın ikinci günündə yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir