×
A
A
A
Sazlamalar

Yaponiyanın Xarici İşlər naziri Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumu pisləyib

Tokio, 16 sentyabr, AZƏRTAC

Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi Səudiyyə Ərəbistanının neft obyektlərinə Pilotsuz Uçan Aparatlar (PUA) vasitəsilə hücumu kəskin pisləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə T.Moteqi sentyabrın 15-də keçirilən mətbuat konfransı zamanı bəyan edib.
Nazir deyib ki, Yaxın Şərqdə sülhün və sabitliyin qorunması bütün beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edir. T.Moteqi, həmçinin qeyd edib ki, Yaxın Şərq rayonundan neftin sabit tədarükü qlobal iqtisadiyyatın, o cümlədən Yaponiyanın inkişafı üçün əvəzedilməz rol oynayır.
Nazir öz bəyanatında bildirib ki, Yaponiya hökuməti Yaxın Şərqdə sülhün və sabitliyini qorunması və möhkəmlənməsində maraqlı olan digər dövlətlərlə birlikdə bu regionla əməkdaşlıq xəttinə sadiqdir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-09-16 05:49:00