×
A
A
A
Sazlamalar

Gənc qılıncoynadanlar arasında Bakı birinciliyinin qalibləri müəyyənləşib

Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin İdman Sarayında yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə Bakı birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan yarışın ikinci günündə gənc qılıncoynadanlar arasında sablya, şpaqa və rapira növləri üzrə qaliblər müəyyənləşib.
Oğlanlar arasında sablyada Murad Əkbərov, şpaqada Ruslan Həsənov, rapirada isə İlkin Cəfərzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qızların mübarizəsində isə sablyada Sara Aydəmirova, şpaqada Nazilə Rəhimova, rapirada isə Püstəxanım Dadaşova birinci olublar.
Mükafatçılar diplom və medallarla təltif olunublar.

İdman 2019-09-15 20:42:00