Qusarda itkin düşən ana və azyaşlı qızı tapılıb
Qusar, 15 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Qusarda 20 gün əvvəl itkin düşən ana və azyaşlı qızı tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xaçmaz rayonu Zuxuloba kənd sakini, 32 yaşlı Rima Talıbova avqustun 25-i səhər saatlarında azyaşlı qızı ilə birlikdə Qusar rayonunun Aşağı Ləgər kəndində yaşayan anasıgilə gedəcəyini bildirərək evdən çıxıb və bir daha geri qayıtmayıb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Rima Talıbova və azyaşlı qızı sentyabrın 14-də Qusar rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib