×
A
A
A
Sazlamalar

7-ci arena polo üzrə dünya kubokunun final görüşü keçirilir

Bakı, 15 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 15-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Bakıda baş tutan 7-ci arena polo üzrə dünya kubokunun final görüşü keçirilir.
AZƏRTAC xəbər verir ki, turnirin həlledici görüşündə “Elite Horse & Polo Club Baku” (Azərbaycan) və “Los Nocheros Polo Club Münster” qarşılaşırlar.
Turnirin oyunları “Elite Horse and Polo Club”da yerləşən meydançada keçirilir.
Gələn il sentyabrın 10-dan 20-dək 8 komandanın iştirak edəcəyi polo üzrə Avropa çempionatı da Azərbaycanda təşkil olunacaq.

İdman 2019-09-15 16:21:00