×
A
A
A
Sazlamalar

Bu gün üç boksçumuz dünya çempionatında mübarizə aparacaq

Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında üç boksçumuz onaltıdabir final mərhələsində çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Tayfur Əliyev türkmənistanlı Yazmurat Qurbanov ilə qarşılaşacaq. Digər boksçularımız Alfonso Dominqes (81 kq) İspaniya təmsilçisi Qazimaqomed Calidovla, İsmayıl Yaqubov (91 kq) isə Ukrayna təmsilçisi Marat Qriqoryanla döyüşəcək.
Dünya çempionatında yarışlar yeni qaydalara əsasən 8 çəki dərəcəsində təşkil olunur. Yekaterinburqdakı "EXPO Arena"da baş tutan yarışda təsnifat mərhələsinin qarşılaşmaları sentyabrın 17-dək davam edəcək. Ayın 18-də boksçular dörddəbir final mərhələsində yarışacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblər ayın 21-də müəyyənləşəcək.

İdman 2019-09-15 15:40:00