×
A
A
A
Sazlamalar

Tunisdə prezident seçkiləri keçirilir

Bakı, 15 sentyabr, AZƏRTAC

Bu gün Tunisdə prezident seçkiləri keçirilir.
AZƏRTAC “Ria Novosti”yə istinadla xəbər verir ki, ölkədə səsvermə hüququna malik 7 milyon seçici var. Prezident postu uğrunda 24 namizəd mübarizə aparır. Əsas mübarizənin media maqnatı Nabil Karui və islamçı Əbdülfəttah Muru arasında gedəcəyi proqnozlaşdırılır.
Seçkilərin birinci turunun nəticələrinin sentyabrın 17-də açıqlanması nəzərdə tutulur. Namizədlərdən hər hansı biri 50 faizdən çox səs toplamazsa, seçkilərin ikinci turu oktyabrın 13-də keçiriləcək.
Tunisdə növbədənkənar prezident seçkiləri son 5 ildə ölkəyə rəhbərlik etmiş Əl-Baci Qaida as-Sebsinin vəfatından sonra təyin edilib.

Dünya 2019-09-15 15:34:00