×
A
A
A
Sazlamalar

Paris meriyasına seçkilərlə bağlı sosial sorğu keçirilib

Paris, 15 sentyabr, AZƏRTAC

Fransada 2020-ci ilin mart ayında bələdiyyə seçkilərinin birinci turu keçiriləcək. Seçki ilə bağlı İfop-Fudicial şirkətinin keçirdiyi sosial sorğunun nəticələrinə görə, Parisin hazırkı meri Ann Hidalqo birinci yerdədir.
AZƏRTAC xəbər verir ki, “İrəli, Respublika” siyasi partiyasının namizədi Benjamin Qrivo (17%) ilə həmin partiyadan olan Sedrik Villani (15%) 2-ci və 3-cü yerləri bölüşürlər. Respublikaçılar Partiyasının namizədi Raşida Dati 14 faiz səslə dördüncü yerdədir.
Qeyd edək ki, Paris şəhərinin meri vəzifəsinə seçilmək üçün 12 nəfər namizədliyini irəli sürüb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Dünya 2019-09-15 13:25:00