×
A
A
A
Sazlamalar

Türkiyədə sərnişin avtobusu aşıb

Ankara, 15 sentyabr, AZƏRTAC

Türkiyədə İstanbul-Antalya marşrutu ilə hərəkət edən sərnişin avtobusu aşıb.
AZƏRTAC xəbər verir ki, Anıtkaya ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, 40 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-09-15 11:50:00