İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ olub
Bakı, 14 sentyabr, AZƏRTAC
Şənbə günü İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Geoloji xidməti yayıb. Yeraltı təkanlar UTC vaxtı ilə saat 16:21-də (Bakı vaxtı ilə 20:21) qeydə alınıb. Zəlzələnin episentri Lavui yaşayış məntəqəsindən (Şimali Maluku əyaləti) 108 kilometr məsafədə, ocağı yerin 10 kilometr dərinliyində yerləşib.
Mümkün tələfat və dağıntılar barədə məlumat verilmir.
İndoneziya Sakit okean odlu dairəsinin (güclü tektonik qırılma) tərkib hissəsidir. Burada hər il 4 baldan yuxarı 6-7 min zəlzələ baş verir.
Blinken Çinə dörd günlük səfər edəcək
Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər
BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir
Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz
ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur