Ağsu polisi aztəminatlı ailələri sevindirib
Bakı, 14 sentyabr, AZƏRTAC
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşayan aztəminatlı ailələrə baş çəkib, onların bu il məktəbə gedəcək övladlarını sevindirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, yeni dərs ilinin başlaması ilə əlaqədar lazımi məktəbli ləvazimatları uşaqlara hədiyyə edilib. Polis əməkdaşları uşaqlara yeni tədris ilində uğurlar arzulayıblar. Ağsu Rayon Polis Şöbəsinin belə bir xeyirxah əməli, həmçinin övladlarının sevincinə şərik olan valideynləri də sevindirib.
Valideynlər göstərilən diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin və Ağsu Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb