Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Mədəniyyət evində “Bilik günü”nə həsr olunmuş tədbir təşkil edilib

Bakı, 14 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Axundov adına Mədəniyyət evi və Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı birgə “Günəş olaram mən də” adlı tədbir keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, “Bilik günü”nə həsr olunmuş tədbir R.Axundov adına Mədəniyyət evində təşkil edilib.
Tədbirdə Mədəniyyət evinin, Xəzər rayon MKS-nin 3 nömrəli filialının kollektivi, Buzovna qəsəbəsində yerləşən 229, 244 və 289 nömrəli uşaq bağçalarının kollektivi və körpələri, 26, 125 nömrəli tam orta məktəblərin müəllim və şagird heyəti və valideynlər iştirak ediblər.
Mədəniyyət evinin direktoru Afət İbrahimova çıxış edərək “Bilik günü” münasibətilə məktəbliləri təbrik edərək yeni dərs ilində onlara uğurlar arzulayıb.
Sonra tədbir rəsm və şeir müsabiqələri ilə davam edib.
Qeyd edək ki, Xəzər rayon MKS-nin 3 nömrəli filialının kollektivi tədbirdə “Bilik günü”nə həsr olunmuş sərgi nümayiş etdirib.

Mədəniyyət 2019-09-14 18:23:00