×
A
A
A
Sazlamalar

Biləsuvarda birinci sinfə gedəcək uşaqlara geyim, çanta və dərs ləvazimatları təqdim olunub

Biləsuvar, 14 sentyabr, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları bu il birinci sinfə gedəcək uşaqları məktəbli sovqatı ilə sevindiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbənin əməkdaşları aztəminatlı ailələrin yaşadıqları ünvanlara gedərək aldıqları geyim, çanta, dərs ləvazimatlarını balacalara təqdim ediblər.
Uşaqlara təhsil həyatlarının ilk sevincini yaşadan polislər onlara dərslərini yaxşı oxumağı, savadlı və sağlam olmağı arzulayıblar.
Balacalar dərslərini əla qiymətlərlə oxuyacaqlarına söz veriblər.

Regionlar 2019-09-14 18:20:00