×
A
A
A
Sazlamalar

Yevlaxda 105 abonentin təbii qaz təchizatı dayandırılıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Yevlax rayonunun Bünyabad kəndində qazıntı işləri aparan traktor 32 millimetr diametrində olan polietilen qaz xəttini qırıb. Bərpa işləri aparılanadək 105 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Regionlar 2019-09-14 18:02:00