×
A
A
A
Sazlamalar

Finlandiyadakı Azərbaycan diaspor rəhbərləri bu ölkənin parlamentində olublar VİDEO

Bakı, 14 sentyabr, AZƏRTAC
Finlandiya Parlamentinin 100 illik yubileyi münasibəti ilə “açıq qapı” günü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə yerli sakinlərlə bərabər, xarici vətəndaşlar və diaspor təşkilatlarının nümayəndələri də iştirak edib.
Tədbirdə iştirak edən Avropa Azərbaycanlıları Konqresinə (AAK) üzv olan diaspor təşkilatları - Finlandiya Azərbaycan Assosiasiyası və Finlandiya Azərbaycan Gənclər Birliyi (FAGBT) təşkilatının həmsədrləri parlamentin bir sıra deputatları ilə görüşüblər.
Görüşlərdə AAK baş katibi Arzu Oqtay, FAGBT sədri Nəzrin Məcidli və sədr müavini Ayla Zülfi Finlandiyanın Azərbaycan icması, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə geniş məlumat veriblər.
Finlandiya parlamentinin nümayəndələri iki ölkə arasında istər siyasi, istərsə də iqtisadi sahədə sağlam əlaqələrin olduğunu qeyd ediblər və gələcəkdə də bu əlaqələrin inkişafına ümidvar olduqlarını bildiriblər.

 

Cəmiyyət 2019-09-14 17:36:00

Video