×
A
A
A
Sazlamalar

Şirvan şəhərində ev yanıb

Bakı, 14 sentyabr, AZƏRTAC 

Şirvan şəhərində ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində üçotaqlı evin dam örtüyü və ev əşyaları 40 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2019-09-14 17:35:00