×
A
A
A
Sazlamalar

İmişlidə avtomobil aşıb, 2 nəfər xəsarət alıb

İmişli, 14 sentyabr, Mahir Babayev, AZƏRTAC

İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə İmişli şəhərində Xanhüseyn Bəylərov küçəsində qeydə alınıb.
Rayonun Şahverdili kənd sakini Cəlil İmanov idarə etdiyi “VAZ-2101” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb. Qəza nəticəsində sürücü və maşındakı sərnişin Cəbrayıl İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2019-09-14 17:32:00