×
A
A
A
Sazlamalar

Elgiz Əliyev: Çalışıram ifalarımı yüksək səviyyədə təqdim edim

Bakı, 14 sentyabr, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzinin solisti kimi belə tədbirlərdə iştirak etməkdən məmnunam.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində keçirilən konsertdə çıxış edən gənc muğam ifaçısı Elgiz Əliyev deyib.
“Artıq Qobustan, Buzovna və Abşeron rayonlarında konsertlər vermişik. Bu layihənin davamı olaraq bugünkü tədbirimizi də Suraxanıda keçirdik. Konsertimiz tamaşaçılar tərəfindən yaxşı qarşılandı. İfa etdiyim “Şur” mahnısı gur alqışlarla müşayiət olundu. Bu da məni əlbəttə ki, sevindirməyə bilməz. Bir xanəndə kimi çalışıram ifalarımı yüksək səviyyədə təqdim edim. Qeyd edim ki, “Muğam dünyasına səyahət” layihəsi hələ bu ilin sonuna qədər davam edəcək və bizi qarşıda maraqlı görüşlər gözləyir”, -deyə xanəndə bildirib.

Mədəniyyət 2019-09-14 17:04:00