×
A
A
A
Sazlamalar

Vadim Kostyuçenko: Ukraynanın və Azərbaycanın futbol federasiyaları arasında səmərəli əməkdaşlıq mövcuddur

Kiyev, 14 sentyabr, AZƏRTAC

Bu gün Azərbaycan futbol ölkəsi kimi tanınır. Son illər futbolun inkişafı üçün yeni infrastrukturun yaradılması bəhrəsini verir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Ukrayna Futbol Federasiyasının birinci vitse-prezidenti Vadim Kostyuçenko deyib.
“Ukraynanın və Azərbaycanın futbol federasiyaları arasında səmərəli əməkdaşlıq mövcuddur. Qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. Ölkələrimizdə futbola diqqət var. Kiyev UEFA Çempionlar Liqasının, Bakı isə Avropa Liqasının final oyununa ev sahibliyi edib”, - deyə V.Kostyuçenko bildirib.
Onun sözlərinə görə, AFFA-nın və UFF-in rəhbərliklərinin keçirdiyi görüşlərdə müxtəlif istiqamətlər üzrə tərəfdaşlığın perspektivləri müzakirə edilir.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

İdman 2019-09-14 16:02:00