×
A
A
A
Sazlamalar

Nisbət Sədrayeva: Tamaşaçılar çıxışlarımızı çox bəyənir

Bakı, 14 sentyabr, AZƏRTAC

Artıq üçüncü dəfədir ki, bu layihədə iştirak edirəm. Beynəlxalq Muğam Mərkəzinin solisti olduğum üçün təşkil olunan bütün konsertlərə qatılıram.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində keçirilən konsertdə çıxış edən, gənc muğam ifaçısı Nisbət Sədrayeva deyib.
“Tamaşaçılar çıxışlarımızı çox bəyənir. Biz bundan zövq alır və ifamızı gözəl şəkildə təqdim etməyə çalışırıq. Mən bununla kifayətlənmirəm. Eyni zamanda, AzTV-nin keçirdiyi tədbirlərdə də iştirak edirəm. Qeyd edim ki, ötən il Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının birgə təşkil etdiyi konsertdə solo çıxışım olub. Artıq sentyabrın 18-dən Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı başlanır. Bu festivalda mənim də çıxışlarım olacaq”, -deyə N.Sədrayeva bildirib.

Mədəniyyət 2019-09-14 15:47:00