×
A
A
A
Sazlamalar

Azərbaycanın millisinin heyətində üçqat dünya çempionu olmuş boksçu peşəkar rinqdə uğurlu debüt edib

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan yığmasının heyətində həvəskar boks üzrə üçqat dünya çempionu olmuş Məhəmmədrəsul Məcidovun peşəkar rinqdə uğurlu debüt edib.
AZƏRTAC xəbər verir ki, M.Məcidov Nyu-Yorkda baş tutan qarşılaşmada amerikalı Ed Fonteyn ilə görüşüb. Otuz iki yaşlı boksçu rəqibini dördüncü raundda texniki nokautla məğlub edib. Bu döyüşdən əvvəl ABŞ boksçusunun aktivində 12 qələbə və 6 məğlubiyyət olub.
“Matchroom Boxing USA” şirkəti ilə uzunmüddətli reklam müqaviləsi imzalayan M.Məcidov tanınmış promouter Eddi Heyn ilə çalışır.

İdman 2019-09-14 15:29:00