×
A
A
A
Sazlamalar

Avqustda Gürcüstan Azərbaycandan 120 milyon kilovat/saatadək elektrik enerjisi alıb

Tbilisi, 14 sentyabr, AZƏRTAC

Gürcüstan cari ilin avqustunda Azərbaycandan 119,17 milyon kilovat/saat elektrik enerjisi alıb. Hesabat dövründə Gürcüstanın idxal etdiyi elektrik enerjisinin 100 faizi ölkəmizin payına düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Sistemi Kommersiya Operatorunun (ESCO) hesabatında deyilir.
Bildirilir ki, bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 760,53 milyon kilovat/saat elektrik enerjisi idxal edib. Ötən ilin müfafiq dövründə isə Azərbaycan Gürcüstana 1 milyard 230 milyon kilovat/saat elektrik enerjisi göndərib.
Azərbaycan avqustda Gürcüstan ərazisindən Türkiyəyə 37,87 milyon kilovat/saat elektrik enerjisi ixrac edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Energetika 2019-09-14 14:22:00