×
A
A
A
Sazlamalar

Yeniyetmə qılıncoynadanlar arasında Bakı birinciliyinin qalibləri müəyyənləşib

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin İdman Sarayında yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə Bakı birinciliyi keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan yarışın birinci günündə yeniyetmə qılıncoynadanlar arasında sablya, şpaqa və rapira növləri üzrə qaliblər müəyyənləşib.
Oğlanlar arasında sablyada Saleh Məmmədov, şpaqada Orxan Həsənli, rapirada isə Məhəmməd Nuriyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qızların mübarizəsində isə sablyada Xədicə Şamilova, şpaqada Nazilə Rəhimova, rapirada isə Röya Ağayeva birinci olublar.
Mükafatçılar diplom və medallarla təltif olunublar.
Turnirə gənc qılıncoynadanların mübarizəsi ilə sentyabrın 14-də yekun vurulacaq.

İdman 2019-09-14 13:53:00