×
A
A
A
Sazlamalar

ADNSU-da kitab sərgisi açılıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində 2019-2020-ci tədris ilinin başlanması münasibətilə kitab sərgisi açılıb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, sərgidə kitab evinin bazasına daxil edilmiş yüzlərlə müxtəlif adda kitab və yeni nəşrlər yer alıb. Azərbaycan, rus, ingilis və digər dillərdə olan kitablar elmi-texniki, ictimai-siyası və digər sahələri əhatə edir.

Elm və təhsil 2019-09-14 13:25:00