×
A
A
A
Sazlamalar

33 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılışı olacaq

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabr 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 33 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılışı olacaq.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2018-ci ilin noyabr ayından musiqi məktəbində əsaslı təmir işlərinə başlanılıb.
Qeyd edək ki, bu il məktəbin yaranmasının 35 illik yubileyidir.
33 nömrəli Uşaq Musiqi Məktəbi 1984–cü ildə Nizami rayon, R.Rüstəmov küçəsi , 35 ünvanında fəaliyyətə başlayıb.

 

Mədəniyyət 2019-09-14 13:21:00