×
A
A
A
Sazlamalar

“İnsan kapitalı” layihəsinin icrasına start verilib

Bakı, 14 sentyabr, AZƏRTAC 

“Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “İnsan kapitalı” layihəsi çərçivəsində Hacıqabul, Sabirabad, Saatlı və Şirvan rayonlarında təlimlər keçirəcək.
AZƏRTAC Gənclər Fondunun saytına istinadla xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd regionlarda yaşayan gəncləri peşə təhsilinə cəlb etmək yolu ilə onlar üçün bərabər imkanlar yaratmaq, bu sahədə təbliğat və maarifləndirmə işi aparmaqdır.
“Təlimçilər üçün təlim” formatında təşkil ediləcək bu təlimə 500-dək gənc cəlb olunacaq.

Sosial 2019-09-14 12:49:00