×
A
A
A
Sazlamalar

Azərbaycan Prezidenti meksikalı həmkarını milli bayram münasibətilə təbrik edib

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Meksikanın milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Andres Manuel Lopes Obradora təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Meksika arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəyinə inandığını bildirib.
Azərbaycan Prezidenti meksikalı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost Meksika xalqına daim sülh və rifah diləyib.

Siyasət 2019-09-14 12:44:00