×
A
A
A
Sazlamalar

KOBİA peşəkar təlimçiləri əməkdaşlığa dəvət edir

Bakı, 14 sentyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (AZPROMO) mikro, kiçik və orta biznes subyektləri və startaplar üçün peşəkar təlimçiləri əməkdaşlığa dəvət edir.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, təlim maliyyə hesabatlarının hazırlanması və təhlili; korporativ idarəetmə; satış, marketinq və satışdan sonrakı xidmətlər; təşkilatdaxili və fərdi davranışın əsasları, idarəetmə psixologiyası; motivasiya-həvəsləndirmə və mükafatlandırma; innovativ layihələrin ilkin hazırlıq və yaradılması prosesində məsləhət; biznes modelin və biznes planın işlənib hazırlanması; ilkin maliyyələşmə mənbələrinə çıxış imkanları mövzularını əhatə etməlidir.
Maraqlananlar KOBİA-ya müraciət edə bilərlər.

İqtisadiyyat 2019-09-14 11:47:00