×
A
A
A
Sazlamalar

“Vitebsk” Azad İqtisadi Zonası Azərbaycan rezidentləri ilə əməkdaşlıqda maraqlıdır

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, Belarusun Vitebsk, Orşa, Polock, Novopolock və Postavı şəhərlərində yerləşən “Vitebsk” Azad İqtisadi Zonası yeni rezidentlərin axtarışında, o cümlədən Azərbaycan rezidentləri ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlıdır. “Vitebsk” ilə əməkdaşlıq etmək istəyən rezidentlər AZPROMO-ya müraciət edə bilərlər.

 

İqtisadiyyat 2019-09-14 11:34:00