×
A
A
A
Sazlamalar

İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açacaq

Bakı, 14 sentyabr, AZƏRTAC

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 138-ci mövsümünü sentyabrın 15-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” tamaşası ilə açacaq.
Bu barədə AZƏRTAC-a teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.
Tamaşanın quruluşçu-rejissoru, tərtibatçı-rəssamı və xoreoqrafı, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, bəstəkarı Muxtar Abseynov, rejissor assistenti Bəhruz Hikmətoğlu, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.
Rollarda aktyorlar Natiq Həziyev, Niyaməddin Səfərəliyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Sevinc Hüseynova, Ruhiyyə Eyvazova, Bəhruz Hikmətoğlu, Rövşən Cəfərov, Arzuman Tanrıverdi, Səbinə İmamverdiyeva, Pərvin Dadaşova, Xədicə Məmmədova, Anar Buludov və Zəki Fətəliyev çıxış edəcəklər.
Səhnə əsəri erməni quldurlarının XX əsrin əvvəlində Azərbaycan xalqına qarşı törətdikləri soyqırımını əks etdirir.

 

Mədəniyyət 2019-09-14 10:45:00