×
A
A
A
Sazlamalar

Ucar polisi şəhid və aztəminatlı ailələrin övladlarını sevindirib

Bakı, 14 sentyabr, AZƏRTAC
Ucar Rayon Polis Şöbəsinin əməkdaşları övladları bu il məktəbə gedəcək şəhid və aztəminatlı ailələrə baş çəkiblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, onlar azyaşlılara çanta və gündəlik dərs ləvazimatları hədiyyə ediblər.
Polis əməkdaşları yeni dərs ilinin başlanması ilə əlaqədar onları təbrik edib, uğurlar arzulayıblar.
Valideynlər bu diqqət və qayğıdan məmnunluqlarını ifadə edib, belə tədbirin keçirilməsində əməyi olan Daxili İşlər Nazirliyinin və Ucar Rayon Polis Şöbəsinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

 

Sosial 2019-09-14 11:00:00