×
A
A
A
Sazlamalar

Xəzər rayonunda ev yanıb, bir nəfər xəsarət alıb

Bakı, 14 sentyabr, AZƏRTAC
Xəzər rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli üçotaqlı evdə qeydə alınıb. Nəticədə ev tamamilə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2019-09-14 10:22:00