×
A
A
A
Sazlamalar

Şirvanda yaşlı kişi kanalizasiya quyusuna yıxılaraq boğulub

Şirvan, 14 sentyabr, Mahir Babayev, AZƏRTAC

Şirvanda bədbəxt hadisə baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb. Şəhər sakini 1948-ci il təvəllüdlü Şahmirzə Balaşov kanalizasiya quyusuna yıxılaraq boğulub. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən quyudan çıxarılıb və məhkəmə tibbi ekspertizasına təqdim olunub.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2019-09-14 10:14:00