×
A
A
A
Sazlamalar

FHN-in Cənub Regional Mərkəzi mülki müdafiə fənnini tədris edən müəllimlər üçün kurslar keçirib

Bakı, 13 sentyabr, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi əhatə etdiyi ərazi üzrə müvafiq rayonların orta ümumtəhsil məktəbləri və onlara bərabər tutulan təhsil müəssisələrində mülki müdafiə fənnini tədris edən 2, 5 və 6-cı sinif rəhbərləri üçün kurslar təşkil edilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, kurslarda mərkəzin əhatə etdiyi ərazi üzrə müvafiq rayon təhsil şöbələrinin əməkdaşları, orta ümumtəhsil məktəbləri və onlara bərabər tutulan təhsil müəssisələrində mülki müdafiə fənnini tədris edən 2, 5 və 6-cı sinif müəllimləri iştirak ediblər.
Kursların əsas məqsədi fövqəladə hadisələrdən mühafizə sahəsində maarifləndirmə işinin aparılması və məktəblərdə mülki müdafiəni tədris edən sinif rəhbərlərinin mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılmasından ibarət olub.
Kurslarda iştirak edən dinləyicilərə mülki müdafiə tədbirləri, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, təxliyə planlarının düzgün hazırlanması, yanğın və texniki təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumatlar verilib, mövzularla bağlı hazırlanan fotoslaydlar və videoçarxlar nümayiş olunub.
Sonda tədbir iştirakçılarına maarifləndirici yaddaş kitabçaları paylanılıb.

Sosial 2019-09-14 04:20:00