×
A
A
A
Sazlamalar

Belarus teatrının solisti Bakıda çıxış edəcək

Bakı, 13 sentyabr, AZƏRTAC

Belarus Musiqili Teatrının solisti Marqarita Aleksandroviç Bakıda - Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, belaruslu aktyor macar bəstəkarı İmre Kalmanın məşhur “Silva” operettasında əsas rollardan birini ifa edəcək.
Sentyabrın 27-də nümayiş olunacaq səhnə əsəri Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.

Teatr və kino 2019-09-13 21:19:00