Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Bələdiyyə seçkilərində namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 19 mart tarixli 283 saylı Sərəncamına əsasən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2009-cu il 24 avqust tarixli 23-3 saylı Qərarı ilə təsdiq edilmiş “Bələdiyyə seçkilərində namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. “Mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat” adlı hissədə “Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri və ya müvafiq bələdiyyə orqanları, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin ərazi şöbələri və s.” sözləri “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli qurumları və bələdiyyə orqanları” sözlərilə əvəz edilsin.
1.2. 1 saylı əlavənin “Qeyd”i üzrə 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin:
“İmzalar Seçki Məcəlləsinin 215.1-ci maddəsinin tələblərinin pozulması ilə toplanmışdırsa, həmin imzalar yoxlanılmır və seçici imzalarının lazımi saydan az olmasına bərabər tutulur”.
2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 


Sədr              Məzahir Pənahov

Katib              Arifə Muxtarova

Katib              Mikayıl Rəhimov

Qərarlar 2019-09-13 19:23:00