FHN-in qurumları arasında keçirilən səmti müəyyən etmə üzrə çempionata yekun vurulub
Bakı, 13 sentyabr, AZƏRTAC
Sentyabrın 11-13-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzinin və FHN İşçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Qəbələ rayonunun meşə zolağında nazirliyin qurumları arasında səmti müəyyən etmə üzrə keçirilən çempionata yekun vurulub.
İdman-Sağlamlıq Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yarışın bağlanış mərasimində mərkəzin rəisi, polkovnik Füzuli Musayev, FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək ölkəmizdə keçirilən və böyük marağa səbəb olan bu yarışın əhəmiyyətindən, idmanın inkişafı istiqamətində görülən işlərdən, FHN əməkdaşlarının uğurlarından danışıbar. Qeyd olunub ki, FHN-in qurumları arasında keçirilən səmti müəyyən etmə idman növü üzrə çempionatda nazirliyin müxtəlif qurumlarını təmsil edən 21 komandanın tərkibində 100-ə yaxın idmançı iştirak edib. İki gün davam edən yarışın final mərhələsində nazirliyin qurumlarının əməkdaşları komanda və şəxsi birincilik üzrə bacarıqlarını nümayiş etdiriblər.
Yarışda FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası birinci, Mülki Müdafiə Qoşunlarının komandası ikinci, Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası üçüncü yeri tutub. Qızlar arasında şəxsi yarışlarda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva birinci, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Fərqanə Saxrayeva ikinci yeri tutublar. Kişilərin yarışında isə Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı Mirzə Hüseynzadə birinci, Qarabağ Regional Mərkəzinin əməkdaşı Aqil Məmmədov ikinci, Cənub Regional Mərkəzinin əməkdaşı Abasət Babayev üçüncü yerə çıxıblar.
Sonda qaliblərə kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib