×
A
A
A
Sazlamalar

Hesablama Palatasında bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub

Bakı, 13 sentyabr, AZƏRTAC

Hesablama Palatasının kollegiya iclasında həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə edilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hesabatlar Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən mənzil tikintisinə yönəldilən vəsaitlərdən istifadəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən geoloji-kəşfiyyat və axtarış işlərinə yönəldilmiş vəsaitlərdən istifadəsinə dair məsələləri əhatə edib.
Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə auditor hesabatları barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının və auditor hesabatının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.
İclasda, həmçinin iş planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq təsdiqlənib.

İqtisadiyyat 2019-09-13 19:15:00