Bakıda NATO qiymətləndirilməsi təlimi keçirilib VİDEO
Bakı, 13 sentyabr, AZƏRTAC
“Qaraheybət” Təlim Mərkəzində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Ordusunun ƏİK kəşfiyyat bölüyünün 2-ci səviyyəli və Hərbi Hava Qüvvələrinin “Mi-17” helikopter cütlüyünün 1-ci səviyyəli NATO qiymətləndirilməsi təlimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kəşfiyyat bölüyünün qiymətləndirilməsi çoxmillətli qiymətləndiricilər qrupu tərəfindən aparılıb. Proses NATO-nun Quru Qoşunları Komandanlığını təmsil edən müşahidə heyəti tərəfindən izlənilib. Hərbi Hava Qüvvələrinə aid “Mi-17” helikopter cütlüyü isə NATO-nun Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndələri tərəfindən qiymətləndirilib.
Təlimlərin keçirilməsində məqsəd NATO-nun Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş bölmələrin döyüş hazırlığının, fəaliyyətinin və təchizatının NATO standartlarına uyğunluğunun yoxlanılmasından ibarətdir.
Qeyd edək ki, bu təlimdə Azərbaycan Ordusu ilk dəfə olaraq ƏİK proqramı çərçivəsində quru qoşunları və hərbi hava qüvvələri bölmələrinin əməliyyatlar zamanı birgə fəaliyyətini praktiki olaraq icra edib.
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO
Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO
Azərbaycan ilə Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb
ƏÜO istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib