×
A
A
A
Sazlamalar

Maliyyə Nazirliyi gələn ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama hazırlayıb

Bakı, 13 sentyabr, AZƏRTAC

Maliyyə Nazirliyi “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” hazırlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, büdcə prosesinin mütərəqqi beynəlxalq standartlara uyğun daha da təkmilləşdirilməsi istiqamətində növbəti addım olacaq sənəd 2020-ci ilə və orta müddətli dövrə dair makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları özündə əks etdirir.

 

Maliyyə 2019-09-13 18:27:00