×
A
A
A
Sazlamalar

Səkkiz sığortaçı attestasiyadan keçib

Bakı, 13 sentyabr, AZƏRTAC

Sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər üçün keçirilmiş attestasiyanın nəticələri açıqlanıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından AZƏRTAC-a bildirilib ki, attestasiyada iştirak edən namizədlərdən 8-i keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub. Attestasiyada 15 sığortaçı iştirak edib.
Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən, attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

Maliyyə 2019-09-13 18:30:00