İngiltərə çempionatında avqustun ən yaxşı futbolçusu və məşqçisi müəyyənləşib
Bakı, 13 sentyabr, AZƏRTAC
İngiltərə çempionatında avqustun ən yaxşı futbolçusu və məşqçisi seçilib.
AZƏRTAC xəbər verir ki, avqustun ən yaxşı futbolçusu adına “Norviç” klubunun hücumçusu Teemu Pukki layiq görülüb. O, digər namizədlər - Serxio Aquero, Kevin De Bruyne, Rahim Sterlinq (hər üçü “Mançester Siti”), Roberto Firmino (“Liverpul”) və Eşli Barnsı (“Bernli”) qabaqlayıb.
Cari mövsümün birinci ayının ən yaxşı məşqçisi isə “Liverpul” komandasının çalışdırıcısı Yurgen Klopp olub. Almaniyalı mütəxəssisin komandası ötən ay keçirdiyi 4 görüşün hamısında qələbə qazanıb.
Qeyd edək ki, Kloppla yanaşı, Pep Qvardiola (“Mançester Siti”), Roy Hokson (“Kristal Palas”) və Brendan Rocers (“Lester Siti”) də bu mükafata namizədlər sırasında olublar.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir