Azərbaycan Gimnastika Federasiyası ağacəkmə aksiyası təşkil edəcək
Bakı, 13 sentyabr, AZƏRTAC
Azərbaycan Gimnastika Federasiyası (AGF) sentyabrın 16-22-də Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatı zamanı ağacəkmə aksiyası təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, ağacəkmə aksiyası yarışlar başlamazdan 1 gün əvvəl – sentyabrın 15-də Milli Gimnastika Arenasının parkında keçiriləcək.
Tədbir 2019-cu ilin dünya çempionatının bədii gimnastika üzrə səfiri, 1996-cı ildə keçirilmiş Olimpiya Oyunlarının gümüş medalçısı Yana Batırşina və yarışların tanınmış ulduz gimnastlarının iştirakı ilə baş tutacaq.
Ağacəkmə aksiyasında iştirak edən gimnastlar təmsil etdikləri ölkə adından ağac əkməklə, çempionat zamanı bütün dünyaya sülh və ətraf mühitin mühafizəsi mesajını verərək ictimaiyyətin diqqətini cəlb edəcəklər.
Aksiyanın keçirilməsində əsas məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də insanların, xüsusilə, gənc nəslin ekoloji problemlərə daha həssas yanaşmasına və bununla bağlı birgə fəaliyyətə səsləməkdən ibarətdir.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir